Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Mehriban Əliyeva xanım Həkimə ocağını ziyarət etdi — Şəhidlərimizin ruhuna dualar oxundu (FOTOLAR)

Mehriban Əliyeva xanım Həkimə ocağını ziyarət etdi — Şəhidlərimizin ruhuna dualar oxundu (FOTOLAR)

Mehriban Əliyeva xanım Həkimə ocağını ziyarət etdi — Şəhidlərimizin ruhuna dualar oxundu (FOTOLAR)
2025-10-07 , 20:49

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri, ənənəyə sadiq qalaraq, xanım Həkimə (s.ə.) ocağını ziyarət ediblər.


Yenilik.az xəbər verir ki, Mehriban xanım Əliyeva şanlı Qələbəmizin 5-ci ildönümü ərəfəsində şəhidlərimizə rəhmət, ölkəmizə əmin-amanlıq və xeyr-bərəkət diləyərək Allaha dualar edib. Ziyarət zamanı xanım Həkimənin və şəhidlərimizin ruhuna Quran oxunub.

Daha sonra Birinci vitse-prezident Bibiheybət məscidini ziyarət edən zəvvarlara və müsəlman bacı-qardaşlara öz salamlarını çatdırmağı xahiş edib. Ziyarətgah nümayəndələri isə əhli-beyt ocağı olan xanım Həkimə (s.ə.) ziyarətgahını hər zaman diqqət mərkəzində saxladığı üçün Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. 




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.