Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
2025-10-13 , 15:30

Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.

Yenilik.az -ın məlumatına görə, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
İlham Əliyev adıçəkilən sammitdə bir sıra ölkələrdən olan həmkarları, o cümlədən Pakistanın Baş naziri və İordaniya kralı ilə də analoji görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.