Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir”

“Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir”

“Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir”
2025-11-16 , 12:50

“Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir”.

Yenilik.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib.
“İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmiryolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”, – deyə dövlət başçısı əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.