Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Leyla Əliyeva Türkmənistanda sərgiyə qatıldı - Fotolar

Leyla Əliyeva Türkmənistanda sərgiyə qatıldı - Fotolar

Leyla Əliyeva Türkmənistanda sərgiyə qatıldı - Fotolar
2025-12-10 , 08:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində “Galkynysh” Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.

Yenilik.az xəbər verir ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan “Galkynysh” Milli At Oyunları Qrupu çıxışı zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib.
Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.
Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.

















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.