Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb
2026-01-31 , 07:54

Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Yenilik.az xəbər verir ki, məhsuldar keçən görüşdə Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.