Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Bu çərəz qanda “pis” xolesterinin səviyyəsini azaldır

Bu çərəz qanda “pis” xolesterinin səviyyəsini azaldır

Bu çərəz qanda “pis” xolesterinin səviyyəsini azaldır
2024-07-20 , 15:44

Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, badam yemək orqanizmə faydalı təsir göstərir. Bu çərəz çəki və qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir.

Nəticələr "Obesity" elmi jurnalında dərc olunub.
Müəlliflər iki qrupa bölünmüş 140 nəfərdən ibarət nümunə seçiblər. Birinci qrupun pəhrizinə badam daxil olub, ikincinin pəhrizinə isə yox. Subyektlər üç ay ərzində xüsusi pəhriz edib. Alimlər təcrübənin sonunda və əvvəlində bütün iştirakçıların sağlamlıq göstəricilərini ölçüb.
Nəticələr göstərdi ki, bu qida daha uzun müddət toxluq hissini saxlamağa, bu da öz növbəsində arıqlamağa kömək edir. Həmçinin xolesterinin səviyyəsini normallaşdıraraq və bədəndəki iltihabı azaldaraq ürək-damar sağlamlığını dəstəkləyir.
Alimlərin fikrincə, bu təsiri badamın zülal, lif, doymamış yağlar və antioksidantlarla zəngin olması ilə izah etmək olar.lent.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.