Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
Həkim deyir ki, bu dərman çox ciddi fasadlara səbəb ola bilər, əgər...
Rusiyalı həkim-teleaparıcı Aleksandr Myasnikov maraqlı açıqlama verib. O bildirib ki, aspirin dünyada ən təhlükəli dərmandır və bu gün bir çox ölkələr xüsusi hallar istisna olmaqla, onun təyinatını dayandırıb.Aspirin - uzun illərdir istifadə olunan klassik dərmanlardan biridir və bir çox ölkədə satışdadır.
Aspirinin istifadəsi ilə bağlı təhlükəli hal Rey sindromudur. Bu sindrom əsasən uşaqlarda və yeniyetmələrdə müşahidə olunur. Bu vəziyyət qaraciyərin və beynin zədələnməsi ilə nəticələnə bilər və ölümcül ola bilər. Məhz buna görə bir çox ölkədə uşaqlara aspirin verilməsi qadağan olunub və ya ciddi şəkildə məhdudlaşdırılıb. Bəzi insanlar aspirinə qarşı allergik ola bilər. Bu zaman səpgilər, nəfəs almaqda çətinlik və hətta ağır allergik reaksiya olan anafilaktik şok da baş verə bilər. Bu da aspirinin hər kəs üçün uyğun olmadığını göstərir.
Aspirin rəsmi olaraq bir çox ölkədə tam şəkildə qadağan olunmasa da, bəzi yaş qruplarında istifadəsi məhdudlaşdırılıb. Məsələn, Böyük Britaniyada və ABŞ-də 16 yaşdan aşağı şəxslərə aspirin verilməsi tövsiyə edilmir. Kanada, Avstraliya və Avropa ölkələrinin bir qismində də oxşar məhdudiyyətlər mövcuddur. Bu tədbirlər əsasən Rey sindromu riskinə qarşı yönəlib.
Nəticə etibarilə, aspirin faydalı və təsirli bir dərman olsa da, onun istifadəsi hər kəs üçün uyğun deyil. Xüsusilə uzun müddət istifadə edilməsi və ya xüsusi sağlamlıq problemləri olan şəxslərdə ciddi risklər yarada bilər. Ona görə də aspirini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Özbaşına və daimi istifadədən qaçmaq sağlamlıq baxımından daha doğrudur.

Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Aspirin ümumilikdə əhali arasında populyar olan bir dərmandır. Hələ sovet dövründən insanların böyük bir qismi onu qızdırma salan dərman kimi istifadə etməyə başlayıblar. Lakin bu, doğru yanaşma deyil. Ümumiyyətlə, bu dərmandan həm ağrıkəsici, həm qızdırma salıcı, həm də qan durulducu kimi istifadə edirlər. Amma əslində aspirin daha çox qan durulducu olaraq təyinat almalıdır. Çünki bu dərmanın bir sıra yan təsirləri mövcuddur”.
Həkim qeyd edir ki, yan təsirlər əsasən mədə-bağırsaq sisteminə təsir edir: “Mədədə eroziya, aşınma kimi hallar yarada bilər. Əgər xəstədə qastrit varsa, aspirin istifadəsi mədə qanamasına səbəb ola bilər. Həmçinin qaraciyər və ürək çatışmazlığı olan xəstələrdə də ciddi fəsadlara yol aça bilir. Uşaqlarda istifadəsinə xüsusilə diqqət yetirilməlidir. Aspirinlə bağlı ən çox rast gəlinən səhv yanaşma onun davamlı olaraq ağrıkəsici və ya qızdırma salıcı kimi istifadə edilməsidir. Belə hallarda insanlar dərmanı nizamsız və vaxtaşırı istifadəyə meylli olurlar.
Bəzi hallarda aspirin qızdırma salıcı kimi istifadə edildiyindən, insanlar mədə və bağırsaq problemlərinə fikir vermirlər, həmçinin qanın duruluq və qatılıq vəziyyətinə də diqqət yetirmirlər. Qanı artıq dərəcədə durulan şəxslərdə isə bu, ciddi qanaxma ilə nəticələnə bilər.
Əgər mədədə hər hansı bir eroziya, yara və ya qastrit varsa, bu dərman həmin şəxslərdə ciddi mədə və bağırsaq pozuntularına, həmçinin qaraciyər problemlərinə səbəb ola bilər. Ən vacibi isə odur ki, aspirin uşaqlarda bu məqsədlərlə istifadə olunmamalıdır - bu, yolverilməzdir".
Zülfüqar Yusifova görə, bu dərman apteklərdə rəsmi satışda olan bir vasitədir, lakin onun istifadəsi yalnız həkim təyinatı ilə və dəqiq dozada aparılmalıdır: “Ümumiyyətlə, bir sıra dərmanlar var ki, onlardan istifadədə yanlış yanaşmalar mövcuddur. Məsələn, dünyada "ağrıkəsici" kimi tanınan parasetamol bizdə əsasən qızdırma salıcı kimi istifadə olunur və insanlar onu nizamsız şəkildə qəbul edirlər. Bilmək lazımdır ki, hər bir dərmanın müxtəlif orqan və sistemlərə seçici təsiri var. Hansı dərmanın seçilməsi isə xəstənin konkret vəziyyətindən, yanaşı xəstəliklərindən, digər qəbul etdiyi dərmanlardan və yaş xüsusiyyətlərindən asılıdır. Yəni “bu dərman qızdırmanı salır”, “bu dərman qanı duruldur” yanaşması doğru deyil. Çünki dərmanların həm orqanlara yan təsirləri, həm də digər dərmanlarla birgə istifadə imkanları müxtəlif ola bilər. Bu isə hər bir insanın fərdi xüsusiyyətlərinə əsasən qiymətləndirilməlidir".
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Səhər yeməyi yeməyən uşaqlarla bağlı MÜHÜM XƏBƏR
Bu meyvə sağlamlıq üçün əvəzolunmazdır
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55