Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Olympus Park”dan şikayət: Sakinlər əlacsız qalıb...

“Olympus Park”dan şikayət: Sakinlər əlacsız qalıb...

“Olympus Park”dan şikayət: Sakinlər əlacsız qalıb...
2023-09-16 , 17:12

“Olympus Park” tikinti şirkəti ilə bağlı şikayətlər səngimək bilmir.

 
Pravda.az xəbər verir ki, Bakıda bir neçə şəxs tikinti şirkətinin ofisinin önündə etiraz aksiyası keçirib. 
 
Onların sözlərinə görə, “Olympus Park” şirkəti binanı 24 ay ərzində təhvil verməli olsa da, evləri 5 ildir ki, sökülüb, əvəzində hələ də ev verilməyib. Sakinlər deyiblər ki, 5 ildir, şirkət rəhbəri Rafael Qarayevin üzünü görməyiblər. O, müxtəlif bəhanələrlə sakinlərlə görüşdən yayınır. Sakinlər onlara ayrılan kirayə pullarının kəsilməsinə, vaxtlı-vaxtında verilməməsinə, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bildirilib ki, şirkət tərəfindən layihədə dəyişiklik edilib, otaqların sayında isə əksiklik var. 
 
Qeyd: Layihə çərçivəsində Ceyhun Hacıbəyli, Təbriz, Sahib Zamanov küçələrinin kəsişdiyi ərazidə 120 ailənin evi, 20-yə yaxın qeyri-yaşayış obyekti sökülüb. Söküntü işləri 2018-ci ildən “N-Turan MMC” tərəfindən başladılıb, “Olympus Park” isə 2019-cu ildən layihəyə qoşulub. Şirkətin adı mediada tez-tez qanunsuz əməllərlə bağlı hallanır. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.