“Wolt” tətbiqi istifadəçilərin kartından pul çəkir – Şikayət

“Wolt” tətbiqindən istifadə edirəm. Son zamanlar tətbiqi istifadə etmədən və sifariş vermədən kartımdan icazəsiz ödənişlər çıxdığını müşahidə edirəm. Bu hal artıq ikinci dəfədir baş verir.
“19.12.2024 saat 22:01 tarixində, heç bir sifariş vermədən və tətbiq üzərindən heç bir əməliyyat etmədən, hesabımdan 5.49 azn məbləğində ödəniş çıxıldı. Bu barədə tətbiqdə heç bir məlumat və ya bildiriş almadım və bunun səbəbini başa düşmürəm.
Mümkün olan ən qısa zamanda, kartımdan çıxarılan bu ödənişlə əlaqədar izahat tələb edirəm və səhvən və ya icazəsiz şəkildə çıxarılmış pulun geri qaytarılmasını tələb edirəm. Əgər hər hansı bir texniki səhv və ya sistem problemi varsa, bununla bağlı mənə məlumat verməlidirlər”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar

OXŞAR XƏBƏRLƏR