Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir

Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir

Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir
2025-01-18 , 13:17

Bir qrup sürücü müqavilə bağladıqları şirkətdən iki aydır maaş almadıqlarını iddia edir. Onların sözlərinə görə, müqavilədə qeyd olunan xidmət haqqı onlara ödənilmir, məsul şirkət isə gün-gündən borcunu artırır.

Yenilik.az-ın "Xəzər Xəbər"ə istinadla məlumatına görə, söhbət yüksək maaş qarşılığında "Caspian Engineering Solutions" MMC şirkəti ilə müqavilə bağlayaraq fəhlələri səhər işə, axşam isə evlərinə daşıyan mikroavtobus sürücülərindən gedir.
Sürücülər bildirirlər ki, iki aydır öz hesablarına benzin alırlar, amma maaşdan hələ də xəbər yoxdur.
Məsələ ilə bağlı şirkətin departament rəhbəri Rauf Hüseynov qeyd edib ki, şikayət edən sürücülər onların işçiləri deyil, onlarla müqavilə bağlayıb xidmət alırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.