Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sahibi “Anadolu” restoranını səkiyə daşıdı – Foto

Sahibi “Anadolu” restoranını səkiyə daşıdı – Foto

Sahibi “Anadolu” restoranını səkiyə daşıdı – Foto
2025-04-09 , 12:05

Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “Anadolu” restoranı piyada səkisinin yarısı zəbt edərək gediş-gəlişə problem yaradır.

Tribunainfo.az xəbər verir ki, yaşayış binasının alt mərtəbəsində yerləşən restoran havaların isinməsiylə səkini zəbt edib. Restoran sahibi səkiyə 2-3 nəfərlik masalar yerləşdirərək hərəkəti çətinləşdirib. Sakinlər bildirib ki, masalarda müştəri oturduğu zaman səki ilə hərəkət etmək olmur.
“Anadolu” restoranına bu şəraiti hansı qurumun yaratdığı məlum deyil. Ancaq görünən odur ki, Nəsimi rayon İcra Hakimiyyəti restoranın səkini zəbt etməsinə göz yumur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.