“Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
Bakı şəhər sakini Əzizəxanım Məhərrəmli bağlamasının çatdırılmaması və təhqiramiz münasibətə məruz qalması ilə bağlı “Limak Kargo” şirkətindən şikayətçidir.
Ə.Məhərrəmli aprelin 30-da “Temu” platforması üzərindən sifariş verdiyi bağlamanın “Limak Kargo” tərəfindən bu günə qədər çatdırılmadığını, üstəlik şəxsi kabinetində “çatdırılıb” kimi qeydə alındığını iddia edir.
Şikayətçi bildirir ki, ardıcıl beş gün boyunca “Limak Kargo” ilə əlaqə saxlamağa çalışıb və hər zəng zamanı 25 dəqiqə gözləmədən sonra 30 manata yaxın kontur xərcləyib:
“Halbuki bağlamanın dəyəri 50 manat idi və yalnız bu məsuliyyətsizlik səbəbindən dəyərinin yarısı qədər əlavə xərc çəkmişəm. Zəng etdiyim ilk iki gündə mənə bildirildi ki, gün ərzində məlumat veriləcək və bağlama çatdırılacaq. Sonrakı zənglərdə isə “hal-hazırda araşdırılır, gün ərzində əlaqə saxlanılacaq” cavabını aldım. Nə məlumat verildi, nə də bağlama çatdırıldı.”
Ə.Məhərrəmli deyir ki, mayın 23-də “Limak Kargo”ya məxsus digər bir nömrədən ona zəng edilib və bağlamanın itirildiyi bildirilib. “Temu” üzərindən aldığı qəbzi təqdim etdikdən sonra isə ona həmin gün ərzində ödənişin geri qaytarılacağı vəd olunub:
“Göndərdim. Bildirdilər ki, ödəniş gün ərzində qaytarılacaq. O tarixdən bu günə qədər nə ödəniş edilib, nə də kimsə mənimlə əlaqə saxlayıb. Zənglərim və mesajlarım da cavabsız qalıb.”
Daha sonra o, şirkətlə yenidən əlaqə yaratmağa çalışıb. Cavab verən əməkdaş problemini həll edə bilmədiyini və rəhbərliyin hazırda ofisdə olmadığını bildirib:
“Yarım saat sonra rəhbərlikdən biri zəng edərək mənimlə təhqiramiz və alçaldıcı üslubda danışmağa başladı. İşlətdiyi ifadələr arasında “50 manat nə puldur ki, bu qədər ortalığı qarışdırmısız?”, “Sizin anlayış qabiliyyətiniz yoxdur”, “20 gün Çini gözləmisiz, bir həftə bizim pulu gözləmirsiz?”, “Mən danışanda səsini kəs” kimi sözlər var idi. Cavabını verdim. Gün ərzində ödənişin geri qaytarılacağı yenidən bildirildi. Daha sonra isə nömrəmi blok etdilər. Mənə çox maraqlıdır: bu şirkətlər hansı haqla bu qədər məsuliyyətsiz ola bilir? Müştərinin bağlamasını itirib, üzr istəmək əvəzinə ona qarşı alçaldıcı üslubda danışmaq hansı etikaya və peşəkarlığa sığır? 50 manat o rəhbər üçün əhəmiyyətsiz görünə bilər, amma kiminsə birgünlük maaşı, kiminsə son pulu ola bilər. O məbləğ kiçik olsa belə, həmin pul mənimdir. Onu itirib sonra da belə danışmaq səlahiyyəti heç kimə verilməyib.”
Şikayətçi həm maddi, həm də psixoloji zərərə məruz qaldığını vurğulayıb:
“Bu, təkcə maddi zərər deyil. Saatlarla telefonda gözləməyin, dəfələrlə vəziyyəti izah etməyin, hər dəfə cavabsız qalmağın və sonda təhqir eşitməyin verdiyi mənəvi. psixoloji zərər var ortada. Bütün bunlar sadəcə bir bağlama sifariş etdiyimə görə baş verib. “Limak Kargo”nun bu davranışı həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir.”
Məsələ ilə bağlı Limak.az-la əlaqə saxladıq. Şirkətin adını açıqlamayan əməkdaşı Bakupost.az -a açıqlamasında ödənişlə bağlı gecikmənin olduğunu, bağlamanın itirildiyini etiraf etdi. Lakin bu gün artıq müştərinin pulunun ödəndiyini qeyd etdi. Müştərinin təhqir edilməsinə gəlincə isə, o, bu fikirlərin həqiqəti əks etdirmədiyini bildirdi.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
Laçında bayram ab-havası... - Video + Fotolar
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bağda belə cəzalandırdı – QƏSƏBƏDƏ QANLI CİNAYƏT
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55