İki qurum Türkiyə və Polşada olan tələbələrimizi çarəsiz qoyub – ŞİKAYƏT
Türkiyədə və Polşada təhsil alan bir qrup azərbaycanlı tələbə Azərbaycandakı ali məktəblərə köçürülmək üçün dövlət qurumlarına müraciət ediblər.
Bu şikayəti edən tələbələr – Nəriman Mirzəyev, Rasim Əlizadə, Alim Fərzəliyev və Orxan Salmanovdur. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi onların akademik göstəricilərinə və keçid imtahanlarına dair arqumentlər irəli sürərək hüquqlarını tanımayıb.

Şikayətçi Nəriman Mirzəyevin sözlərinə görə, bir semester imtahanına 30 kredit düşür: “Mən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sənədlərimi göndərdim və qəbul etdilər. Elm və Təhsil Nazirliyinə kreditlərimi göndərdim, onlar da qəbul etdilər. Amma sənədlərimə imtina verildi. Səbəb olaraq 90 kreditin olmasını qeyd etdilər. Mən də onlarla əlaqə saxladım və dedim ki, 1 il təhsil almışamsa, 90 krediti necə ala bilərəm?! Onlar da 1 ilə 90 kredit düşdüyünü bildirdi. Mən də qeyd etdim ki, 53 kreditim var”.
Şikayətçi deyib ki, qanunvericiliyin 2.2 maddəsinə əsasən, tələbənin 1/2 krediti varsa, transfer baş tuta bilir: “Operatora dedikdən sonra o, içəridə kimlə danışdısa, gəlib dedi ki, sizin 90 yox, 120 kreditiniz olmalıdır. Mən 1 il oxumuşamsa bir ilə necə 120 kredit toplaya bilərəm? Onlar da dedi ki, şikayətiniz varsa, gedin verin məhkəməyə. Burada tələbənin haqqı yeyilir. Mən kəsrə görə transfer etmirəm. Digər universitetdə təhsilim yaxşıdır. Sadəcə olaraq, Polşada viza və oturum almaq çətindir. Oturum üçün 30 min pul istəyirlər. Məndə o pul yoxdur”.

Türkiyədə təhsil alan Alim Fərzəliyev isə şikayətində vurğulayıb ki, YÖS nəticələri var: “Qanuna uyğun olduğu halda onu qəbul etmirlər. Mən də ölkəmdə təhsil almaq istəyirəm. Agentlik bundan səbəbsiz yerə imtina edir. Hər bir sənədim qanunauyğun halda olmağına baxmayaraq mənə imtina bildirişi gəlir”.

Türkiyə Giresun Universitetində təhsil alan Rasim Əlizadə şikayətində bildirib ki, “məndə belə bir problem var ki, qanunvericiliyə uyğun olaraq aldığım dərslərin yarısını keçmişəm. Amma mənə imtina gəlib. Səbəbini soruşduqda qeyd edirlər ki,” siz qanunvericiliyə uyğun gəlmirsiniz”. Amma mən bildirirəm ki, Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən 250 manata rüsum ödəyib şəhadətnamə almışam. Eyni zamanda aldığım dərslərin yarısını keçmişəm. Amma bildirirəm ki, siz nəyə görə 2 ildə 120 kredit toplamısınız? Nazirlər Kabinetinin qərarı var ki, əgər tələbənin akademik borcu varsa, bu mümkündür. Onlar da bildirir ki, “Nazirlər Kabinetinin qərarı bizə aid deyil, bizi maraqlandırmır. Gedin, məhkəməyə verin”.
Onu da deyək ki, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Əksəriyyəti 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunublar. Daha sonra – 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl – 2023-cü ildə vermişdi.
Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib. Aidiyyatı qurumların cavabını dərc etməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR

Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
“Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
Prezident “8 Noyabr” Elektrik Stansiyasının açılışında – Fotolar
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
İlham Əliyev “Talıstan” liseyinin binasının açılışında iştirak edib-Yenilənib (Fotolar)
Kirayə mənzillər layihəsi problemi: Krediti kim götürür, niyə onu seçiblər, evlər sonradan nə üçün əmlak saytlarında yüksək qiymətə satışa çıxarılır? - ARAŞDIRMA
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55