İcbari tibbi sığorta rəzaləti bitmir-"20 manat ver, növbəsiz keç"
"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu icbari tibbi sığorta sistemini ifşa edib. Belə ki, Ş.Xuduoğlu sosial şəbəkədə etdiyi paylaşımda icbari sğorta ilə müayinə olunmağın çətinliklərini konkret faktlarla yazıb. Rəylərdə isə vətəndaşlar başlarına gələnləri qeyd etməklə bu sahədə olan rəzaləti ortaya qoyublar. Həmin paylaşımı təqdim edirik:
"İcbari sığortanın adı çoxdan çıxıb və biz də bu gün onun xidmətindən faydalanmaq istədik.
İlk öncə yolumuzu Bakı Sağlamlıq Mərkəzinə saldıq. Orada bildirdilər ki, rentgen xidməti sığorta tərəfindən qarşılanmır. “Yaxşı olar ki, siz Travmatologiya Xəstəxanasına gedəsiniz” – dedilər.
Travmatologiya xəstəxanasının həyətində və binanın içindəki camaatı görəndə adama elə gəlir ki, ölkədə sınığı və sınan yeri olmayan kimsə yoxdur. Sızıltı, inilti, qışqırıq, əsəb, gərginlik… ən çox da uşaqların ürəkparçalayan fəryadları.
Uzun növbədən sonra birinci mərtəbədə sənə nömrə verirlər. O nömrə ilə şöbə müdirinə gedirsən. Şöbə müdiri həkimin adı və otaq nömrəsi yazılmış bir parça kağız verir. “Amma ikinci mərtəbədəki qeydiyyatdan da nömrə al” – deyir. İkinci mərtəbədə daha da uzun növbə. Nömrə alıb 210-cu otağa gedirik. Qapının ağzında çoxlu adam var. Mən öz nömrəmi deyib soruşuram: “Bu nömrədən əvvəl kim var?” Kimsə kənardan deyir: “O nömrə işləmir, içəridə kim varsa çıxanda bir-bir girəcəyik.”
Bir müddət gözləyirəm, səbrim daralır. Qapını açıb içəri keçirəm. İçəridə üç həkim kefləri kök nəsə danışırlar. Dəhlizdə o qədər pasiyent olduğu halda onlardan heç biri çağırmır.
Həkim bizə rentgen yazdı. Rentgenə də nömrə aldıq. Bu zaman gənc bir oğlan yaxınlaşıb dedi: “20 manat versəniz, sizi növbədənkənar rentgenə sala bilərik.”
Rentgenin cavabı ilə yenidən 210-cu otağa qayıtdıq. Həkimin qanı qaraydı. Dedi: “Müalicə bərpa üçün deyil, çalışmayın, biz sadəcə ağrını kəsə bilirik.” Sonra məsləhət gördü ki, MRT-yə gedək. Bunun üçün 212-ci otaqdan nömrə almalıyıq.
Nəhayət, 212-ci otaq: “biz bu sənədləri göndəririk təsdiqə, cavab nə vaxt gələr, bilmirik. Yaxşı olar ki, üçdən sonra əlaqə saxlayasınız.” MRT növbəsinin necə olacağı isə artıq başqa bir hekayədir…
Beləliklə, bugünkü icbari sığorta ilə təcrübəmin qısa xülasəsi budur:
Uzun növbələr, yorucu prosedurlar, qeyri-effektiv sistem və insanların əzabı, qısası “gedin ölün!”"









OXŞAR XƏBƏRLƏR

Bir xəstəyə üç fərqli resept və ya dövlət xəstəxanalarında nə baş verir?
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Laçında bayram ab-havası... - Video + Fotolar
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55