Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Pul almışam, yaxşı eləmişəm” – Daha bir direktorun səs yazısı yayıldı

“Pul almışam, yaxşı eləmişəm” – Daha bir direktorun səs yazısı yayıldı

“Pul almışam, yaxşı eləmişəm” – Daha bir direktorun səs yazısı yayıldı
2025-09-19 , 14:54

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Tribunainfo.az  xəbər verir ki, sözügedən səs yazısında onun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələri eşidilir.
Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.
Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.