Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıt "tıxaclar şəhəri"nə çevrilir

Sumqayıt "tıxaclar şəhəri"nə çevrilir

Sumqayıt
2026-01-01 , 08:58

Sumqayıt uzun illər sakitliyi və tıxacsız yolları ilə tanınıb. Lakin son zamanlar bəzi küçələrdə, xüsusilə də Babək küçəsində uzun tıxaclar müşahidə olunur.

Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, problemin əsas səbəbi ərazidə bir neçə iri marketin fəaliyyət göstərməsi, alış-veriş üçün gələn avtomobillərin sayının artması və yolun həmin hissəsində işıqforun olmamasıdır. Bildirilir ki, xüsusilə günün pik saatlarında nəqliyyatın hərəkəti demək olar ki, iflic vəziyyətinə düşür.

Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün çətinlik yaradır.

 




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.