Yenilik.Az
www.Yenilik.Az » Təhsil » "Beynəlxalq yaz mühazirələri": Almaniyalı professorun mühazirəsi olacaq

"Beynəlxalq yaz mühazirələri": Almaniyalı professorun mühazirəsi olacaq

2023-03-27 , 11:20

Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu universitetlərinin professorları, müxtəlif sahələrdə tanınmış alim və tədqiqatçıların iştirakı ilə tematik həftələr, yaz, yay, qış, payız düşərgələri təşkil edir.
Növbəti qonağımız "Beynəlxalq yaz mühazirələri" çərçivəsində Almaniyanın Schmalkalden Universitetinin professoru Dr. Jürgen Gemeinhardtdır.
Qonaq professor aprelin 4-də Qərbi Kaspi Universitetinin tələbələri üçün mühazirə ilə çıxış edəcək. Mühazirə İqtisadiyyat və Biznes Məktəbində, 501 nömrəli auditoriyada saat 10.00-da başlayacaq.
Mühazirə digər universitetlərin tələbələri üçün də açıqdır və ödənişsizdir.
Təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.