Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır
2023-04-12 , 10:24

12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Yenilik.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.
“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər.
Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak edə biləcəklər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.