Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Tələbələrimiz “Caspian Agro” sərgisində iştirak edir - PREZİDENT STENDİMİZLƏ TANIŞ OLUB

Tələbələrimiz “Caspian Agro” sərgisində iştirak edir - PREZİDENT STENDİMİZLƏ TANIŞ OLUB

Tələbələrimiz “Caspian Agro” sərgisində iştirak edir - PREZİDENT STENDİMİZLƏ TANIŞ OLUB
2023-05-21 , 15:22

Qərbi Kaspi Universitetinin komandaları XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində iştirak edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qərbi Kaspi Universitetinin stendi ilə də tanış olublar.
Tələbələrimiz 3 layihə ilə sərginin Startuplar bölməsinə qatılıb.
Onlardan biri - BioMetan - biokütləni metan qazına çevirmək üçün nəzərədə tutulmuş qurğudur. Qurğu qaz xəttinin çəkilməsinin əlverişsiz olduğu yerlərdə qazın istifadəsi, qaza qənaət etmək istəyən fermerlərin istifadəsi üçün nəzərdə tutulub. Bu layihə STEAM Azerbaijan Festival-2022-də İnnovasiyalar sərgisi kateqoriyasında birinci yerə layiq görülüb.
Digər komandamız isə TECHİCA stone layihəsi ilə çıxış edir: plastiklərin təkrar emalı ilə hazırlanan bu qurğu həm səki daşlarının deformasiyasının, həm də plastik tullantıların təbiətə atılmasının qarşısını alır. Səkilərin deformasiya olmasının əsas səbəblərindən biri də yağış sularının alt qatlara ötürülərək torpağı aşındırmasıdır. Bu qurğunun kanal sistemi sayəsində suyu ya kanalizasiyaya, ya da tankerlərə yönləndirərək təkrar istifadə üçün depolamaq mümkündür.
RGB Silkworm layihəsinə gəldikdə isə bu layihənin əsas mahiyyəti bundan ibarətdir: baramalar adətən ağ rəngdə olur. İpəyin hazırlanma prosesində isə sonradan rənglənməsi həm əlavə xərc, həm də əlavə zaman sərfiyyatına səbəb olur. Bu layihədə tələbələrimiz baramaları mutasiyaya məruz qoyaraq onlardan birbaşa rəngli barama əldə edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.