Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Birinci qrupun lideri: “Çox xoşbəxtəm, sevincdən danışa bilmirəm”

Birinci qrupun lideri: “Çox xoşbəxtəm, sevincdən danışa bilmirəm”

Birinci qrupun lideri: “Çox xoşbəxtəm, sevincdən danışa bilmirəm”
2023-06-20 , 18:51

“Yüksək nəticə əldə etdiyimə görə çox sevincliyəm. Hazırda o qədər həyəcanlıyam ki, sevincdən danışa bilmirəm”.

Bunu Modern.az-a açıqlamasında I ixtisas qrupu üzrə qəbul imtahanında hər iki mərhələnin cəminə əsasən ən yüksək nəticə göstərən abituriyent Cavid Nəzərov (692,8 bal, qrup birincisi) deyib.
O, qəbul imtahanında test tapşırıqlarının elə də çətin olmadığını bildirib.
“Valideynlərimə sevinc hissi yaşatdığıma görə xoşbəxtəm. İmtahanda sualları cavablandırarkən o qədər də çətinlik çəkmədim. Mənim üçün suallar normal idi. İstədiyim nəticəni əldə etdim. Özümü xoşbəxt hiss edirəm”,  - deyən Cavid Nəzərov Bakı Ali Neft Məktəbində təhsil almaq istədiyini söyləyib.
“Nəticələrimə uyğun olaraq hədəfim Bakı Ali Neft Məktəbidir. Seçimim ora olacaq. İmtahanda yüksək nəticə əldə etdiyimə görə müəllimlərimə təşəkkür edirəm. Mənim arzularıma çatmağımda onların böyük zəhmətləri var”.
Qeyd edək ki, 3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) iki nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692,8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295,8, II mərhələsində isə 397 bal toplayıb.
IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295,8, ikinci mərhələsində 390,2 bal toplayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.