Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universiteti “UI Green Metric World University Rankings-2023” reytinqində yüksək nəticə göstərib ​

Qərbi Kaspi Universiteti “UI Green Metric World University Rankings-2023” reytinqində yüksək nəticə göstərib

Qərbi Kaspi Universiteti “UI Green Metric World University Rankings-2023” reytinqində yüksək nəticə göstərib
​
2023-12-07 , 10:16

Qərbi Kaspi Universiteti “UI Green Metric World University Rankings-2023” reytinqində yüksək nəticə göstərib

Dünya universitetlərinin müxtəlif sahələr üzrə göstəricilərinin qiymətləndirməsinin aparıldığı UI GreenMetric World University Rankings 2023-ün nəticələri açıqlanıb.
Qlobal miqyasda 1183 universitetin iştirak etdiyi qiymətləndirmədə Qərbi Kaspi Universiteti 5760 xalla dünya üzrə 650-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, UI GreenMetric World Univeristy Rankings
• İnfrastruktur (Setting& Infrastructure);
• Təhsil və Tədqiqat (Education and Research);
• Enerji və İqlim dəyişikliyi (Energy and Climate Cahnge);
• Tullantı (Waste);
• Su (Water);
• Nəqliyyat (Transportation)
kimi meyarlar üzrə 51 indikator vasitəsilə universitetlərin ətraf mühitlə bağlı öhdəlikləri və təşəbbüsləri əsasında qiymətləndirməni həyata keçirir.
Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universiteti tədris və sosial fəaliyyət siyasətini, eləcə də infarstrukturunu BMT-nin Davamlı İnkişaf Məqsədlərinə adekvat olaraq qurub. Universitet əsas tədris binalarında və elmi tədqiqat müəssisələrindəistehlak olunan enerji balansında bərpa olunan enerjinin payını artırmaq məqsədi ilə günəş panellərindən istifadə edir.
Eyni zamanda göründüyü kimi digər komponentlər və tədrisin təşkili, elmi tədqiqat işlərinə də universitetin yanaşması və fəaliyyəti yüksək qiymətləndirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.