Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universiteti dünya universitetləri arasında 601+ yerdə

Qərbi Kaspi Universiteti dünya universitetləri arasında 601+ yerdə

Qərbi Kaspi Universiteti dünya universitetləri arasında 601+ yerdə
2023-10-03 , 09:55

Qərbi Kaspi Universiteti Times Higher Education (THE) təşkilatının dünya universitetləri növbəti reytinqində 601+ yerdə qərarlaşıb. Bəzi göstəricilərə görə isə universitet "101-200" arasında yer alıb.
 
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) “İmpact Ranking 2023“ reytinq nəticələrini açıqlayıb.
“2023 Impact Rankings”-ə bu il 112 ölkədən ümumilikdə 1591 universitet daxil edilib. 
Sıralamada Qərbi Kaspi Universiteti dünya universitetləri arasında 601+ yerdə qərarlaşıb.
Qərbi Kaspi Universiteti "Gender bərbərliyi" göstəricisi üzrə "101-200", "Bərabərsizliyin azaldılması" göstəricisi üzrə "201-300", “Məsuliyyətli İstehlak və İstehsal” sahəsində 301-400, “Məqsədlər üçün Tərəfdaşlıq” sahəsində 301-400-cü yerlərdə qərarlaşıb. 
Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunur və universitetlərin bu məqsədlərin həyata keçirilməsi əsasında təşkili, tədrisin keyfiyyəti və cəmiyyətə bu məqsədlərə uyğun olaraq verdiyi töhfə üzrə qiymətləndirmə aparır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.