Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Buraxılış imtahanlarının tarixləri açıqlandı

Buraxılış imtahanlarının tarixləri açıqlandı

Buraxılış imtahanlarının tarixləri açıqlandı
2023-12-27 , 17:01

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə gələn il keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.


Mərkəzdən "Report"a bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytında yerləşdirilib.

Buraxılış imtahanı proqramları yaxın vaxtlarda "Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və gələn il builki imtahan modeli tətbiq olunacaq. DİM digər imtahanların qrafikini gələn ilin yanvar ayı ərzində paylaşacaq.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.