Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetində beynəlxalq akademik simpozium keçirilib

Qərbi Kaspi Universitetində beynəlxalq akademik simpozium keçirilib

Qərbi Kaspi Universitetində beynəlxalq akademik simpozium keçirilib
2024-05-16 , 01:05

Qərbi Kaspi Universitetində “Qafqaz, Xəzər dənizi və Səfəvilər dövlətinin qaynaqlarda təmsili (orta əsrlərdən erkən müasir dövrlərə qədər)” mövzusunda beynəlxalq akademik simpozium keçirilib.

Simpoziumda ölkəmizin alim və tədqiqatçıları ilə yanaşı Böyük Britaniyanın Oksford Universiteti, ABŞ-ın Tuleyn Universiteti, Tokio Xarici İşlər Universiteti, Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, habelə Ukrayna, İtaliya və Macarıstanın müxtəlif ali məktəbləri və tədqiqat mərkəzlərinin elm adamları təmsil olunublar.
Yerli və xarici tədqiqatçıların simpoziumda orta əsrlər və erkən yeni dövr üzrə müxtəlif istiqamətlər üzrə məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.