Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Həmyerlimiz Qırğız-Rusiya Slavyan Universitetində dekan təyin edilib

Həmyerlimiz Qırğız-Rusiya Slavyan Universitetində dekan təyin edilib

Həmyerlimiz Qırğız-Rusiya Slavyan Universitetində dekan təyin edilib
2024-12-10 , 04:53

Qırğızıstanda yaşayan soydaşımız Rəhman Allahverdiyev Qırğız-Rusiya Slavyan Universitetində Beynəlxalq münasibətlər fakültəsinin dekanı vəzifəsinə təyin edilib. Bu barədə qərar universitetin rektor vəzifəsini icra edən Sergey Volkovun rəhbərliyi ilə keçirilən iclas zamanı açıqlanıb.

Yenilik.az xəbər verir ki, onun bu yüksək vəzifəyə təyinatı həm universitetdə elmi-innovativ fəaliyyətin genişləndirilməsinə, həm də beynəlxalq münasibətlər fakültəsinin inkişafına mühüm töhfə verəcək.
Qeyd edək ki, R.Allahverdiyev beynəlxalq münasibətlər sahəsində zəngin akademik təhsilə malikdir. O, Sankt-Peterburq Dövlət Universitetində bakalavr, magistr və aspirantura təhsilini uğurla tamamlamış, aspirantura dissertasiyasını Qarabağ münaqişəsinin dinc yolla həllinə dair Azərbaycanın xarici siyasətinə həsr etmişdir. Bundan əlavə, o, Varşava Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda elmi təcrübə keçmişdir.
Rəhman Allahverdiyevin elmi maraqları konfliktlərin həlli, beynəlxalq aktorların postsovet məkanındakı qarşılıqlı təsiri, etnik diasporların siyasi aspektləri və İslam dininin yayılmasının tarixi-siyasi təhlilini əhatə edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.