Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Nazir Azərbaycanda rus bölmələrinin bağlanmasından DANIŞDI

Nazir Azərbaycanda rus bölmələrinin bağlanmasından DANIŞDI

Nazir Azərbaycanda rus bölmələrinin bağlanmasından DANIŞDI
2025-07-10 , 22:16

“Azərbaycanda rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil”.

xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, bu bölmədə ciddi müəllim çatışmazlığı problemi var: “Rus bölməsində yarıbayarı aşağı bal ilə müəllimləri işə götürürük. Niyə? Çünki başqa adam yoxdur.
Bu o demək deyil ki, biz rus bölmələrini bağlamalıyıq. Ümumilikdə isə görürük ki, həmin bölmələrin göstəriciləri aşağı düşür. Səbəb isə müəllimdir.
Biz də istəyirik ki, uşaqlarımız rus dilində yaxşı bilsinlər. Bu, bizim üstünlüyümüzdür. Amma dövlət dilini bilmək hamının borcudur. Bir dili bilmək digərini üstələməməlidir”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.