Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Abşeron-Xızı Regional Təhsil İdarəsinin "Uğur körpüsü" layihəsi davam edir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin "Uğur körpüsü" layihəsi davam edir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin
2025-10-12 , 21:53

Xızı rayonu üzrə təhsil müəssisələrində tədrisin keyfiyyətinin və şagird nailiyyətlərinin artırılması, buraxılış imtahanları, müxtəlif olimpiada və müsabiqələr üzrə nəticələrin yaxşılaşdırılması məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən "Uğur körpüsü" layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Sumqayıt şəhəri üzrə nümunəvi ümumi təhsil müəssisələri ilə Xızı rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi üçün qabaqcıl pedaqoji heyətinin təcrübəsinin Xızı məktəblərində tətbiqinə başlanılıb. 
Təcrübə mübadiləsində Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya, Texniki və təbiət elmləri liseyi və 23 nömrəli tam orta məktəbin rəhbərləri və pedaqoji heyəti iştirak edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.