Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetində Mülki Müdafiə üzrə Təlim-Məşq Keçirilib

Qərbi Kaspi Universitetində Mülki Müdafiə üzrə Təlim-Məşq Keçirilib

Qərbi Kaspi Universitetində Mülki Müdafiə üzrə Təlim-Məşq Keçirilib
2025-10-11 , 17:01

11 oktyabr 2025-ci il tarixində Qərbi Kaspi Universitetində Mülki müdafiə rəhbərinin təşkilatçılığı ilə  təlim-məşq tədbiri keçirilib. Tədbirin əsas məqsədi universitetdə fövqəladə halların baş verdiyi zaman müvafiq orqan və qüvvələrin fəaliyyətini səmərəli şəkildə koordinasiya etmək, rəhbər heyətin idarəetmə bacarıqlarını təkmilləşdirmək olub.

Tədbir çərçivəsində universitet rəhbərliyinə qarşıdan gələn “Mülki müdafiə məşqi”nin sxemi təqdim olunub. Həmçinin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda əyani və praktiki məşq keçirilib.
Məşq zamanı fövqəladə vəziyyətlərin müxtəlif ssenariləri üzrə fəaliyyət planları müzakirə olunub, rəhbər heyətin qərarvermə prosesi və qarşılıqlı əlaqə mexanizmləri təhlil edilib. Tədbir iştirakçıları fövqəladə hallarda operativ reaksiya göstərmək, təhlükəsizlik tədbirlərini təmin etmək və insanların təxliyə prosesini düzgün istiqamətləndirmək bacarıqlarını nümayiş etdiriblər.
Məşq Qərbi Kaspi Universitetinin Fövqəladə hallar komissiyasının, mülki müdafiə qərargahının və məsul struktur bölmələrin fəal iştirakı ilə həyata keçirilib. Tədbirin sonunda görülən işlərin nəticələri qiymətləndirilib, gələcək məşqlərin daha səmərəli təşkili üçün təklif və tövsiyələr səsləndirilib.
   

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.