Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin magistrantları beynəlxalq elmi konfransda çıxış ediblər

Qərbi Kaspi Universitetinin magistrantları beynəlxalq elmi konfransda çıxış ediblər

Qərbi Kaspi Universitetinin magistrantları beynəlxalq elmi konfransda çıxış ediblər
2025-10-17 , 17:06

Qərbi Kaspi Universitetinin “Genetika” və “Molekulyar biologiya” ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistrantları Qumral Məmmədova, Rəşidə Ağacanova, Fatimə Həsənova, Məryəm Eyyubova və Səidə Burcalıyeva  beynəlxalq elmi konfransda iştirak ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə keçirilən “Enerji, qida və ətraf mühit təhlükəsizliyi sahəsində çağırışlar” (EFEC 2025) adlı beynəlxalq konfransda magistrantlar dissertasiya işlərinin mövzularına uyğun elmi tezislərlə təqdimatla çıxış ediblər.
15-17 oktyabr 2025-ci tarixlərində keçirilən konfransda enerji, qida və ekoloji təhlükəsizlik sahələrində qlobal çağırışlar, müasir elmi yanaşmalar və innovativ həll yolları müzakirə olunub.
 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.