Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Emin Əmrullayevi kimlər və niyə tənqid edirlər?

Emin Əmrullayevi kimlər və niyə tənqid edirlər?

Emin Əmrullayevi kimlər və niyə tənqid edirlər?
2025-11-15 , 10:12

Emin Əmrullayevi kimlər və niyə tənqid edirlər?

Bir vaxtlar əmək və əhalinin sosial müdafiə naziri işləyəndə Sahil Babayevə deyilməyən, yazılmayan söz qalmadı, çünki minlərlə saxta əlilliyi ləğv edib milyonlarla dövlət vəsaitini büdcəyə qaytardı. 

Hazırda elm və təhsil naziri Emin Əmrullayevlə bağlı eyni çirkin kampaniya aparılır, çünki təhsildə inkişafa doğru əsaslı dəyişikliklər etmək istəyir. Bu yolda cəmiyyət olaraq islahatlara dəstək verməkdənsə, təhsildən xəbəri olmayanlar, yaxud islahatlardan narahat olanlar nazirə qarşı ağıllarına və ağızlarına gələn hər şeyi yazırlar. 

Emin Əmrullayev elm və təhsil naziri oldu, olmadı, fərq etməz, apardığı islahatlar çox vacibdir və sona qədər davam etməlidir ki, Azərbaycan təhsili inkişaf etsin, məktəb müəllimin əlavə iş və qazanc yeri deyil, əsas iş və qazanc yeri olsun. 

Nazirə və islahatlara qarşı başladılan kampaniya əslində təhsilin inkişafını istəməyən bir qrupun şəxsi maraqlarına xidmət edir. Bəzi təhsildən, pedaqoji işdən məlumatı olmayan adamlar da küyə düşüb kampaniyaya qoşulur, amma özləri də anlamır ki, bunu bu cəmiyyət üçün, bu xalqın övladları üçün edirlər, şagird ev tapşırığını hazırlamaq üçün kursa, əlavə repetitor yanına getməsin, çətinliyi varsa dərsdən sonra qalıb elə öz müəllimindən pulsuz, havayı dəstək alsın, repetitora verdiyiniz pul cibinizdə qalsın, müəllim də özünü müəllim kimi hiss etsin, işdən sonra asudə vaxtını normal keçirə bilsin deyə edirlər. Yox əgər yenə kimsə pulsuz dəstəkdən faydalanmayıb, əlavə repetitorun xidmətindən istifadə edəcəksə, yaxud saat 18.00-dan sonra repetitorluq edəcəksə, öz seçimidir, özü bilər. Əsas budur ki, maddi vəziyyəti aşağı olan insanlar bu imkandan istifdə edə biləcəklər. Bu isə görünür kimlərinsə bazarının bağlanmasına səbəb olacaq deyə, indidən narahat olub əl-ayağa düşüblər. 

Müsbət yeniliklər, islahatlar həmişə top-tüfənglə qarşılanır, amma əsas nəticədir və nəticə həm müəllimlər, həm də xalqın balaları üçün çox yaxşı olacaq. 

Mən inanıram ki, bu islahatlar nəticəsində təhsildə çox müsbət və keyfiyyətli dəyişikliklər baş verəcək.

Xanlar Sətullayev

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.