Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Soyuducunu açanda da “təhsil eksperti” çıxır... - DİM sədri

Soyuducunu açanda da “təhsil eksperti” çıxır... - DİM sədri

Soyuducunu açanda da “təhsil eksperti” çıxır... - DİM sədri
2025-12-20 , 15:16

Biz artıq imtahan proqramlarını çap etmişik, yaxın zamanda model testlər də nəşr olunacaq. Amma maraqlıdır ki, heç kim bu proqramların məktəb dərslikləri ilə uyğun olub-olmadığını, kurikulumla nə dərəcədə əlaqəli olduğunu müzakirə etmir.


Yenilik.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

O, bu cür müzakirələrin məhz imtahan ərəfəsində başlamasının təsadüfi olmamasına diqqət çəkib:

"Biz isə istəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və öncədən açıq şəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr həmişə imtahan ərəfəsində və ya imtahandan bir gün sonra başlayır? Bu, bəzi şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.