Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Xızı rayonunda ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Xızı rayonunda ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Xızı rayonunda ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
2026-01-23 , 00:32

Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xızı rayonu üzrə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə cari  tədris ilinin səmərəli təşkili, Elm və Təhsil Nazirliyinin müvafiq əmrlərinin icrası, eləcə də Regional Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq qarşıda duran vəzifələr müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.
Tədbir zamanı ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə mexanizmləri, tədrisin keyfiyyətinin yüksəldilməsi, monitorinqlərin təşkili və nəticələrə əsaslanan idarəetmə məsələləri müzakirə olunub.
Eyni zamanda təhsil müəssisələrində istilik sistemlərinin mövcud vəziyyəti,  təchizat məsələləri, tədris mühitinin fasiləsiz və təhlükəsiz təşkili, eləcə də kadr təminatı və əmək intizamı ilə bağlı vacib məqamlar vurğulanıb.
Görüşdə həmçinin təhsil müəssisələrində baş verə biləcək xüsusi hallarla bağlı davranış qaydaları, operativ tədbirlərin görülməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin vacibliyi diqqətə çatdırılıb.
Sonda müəssisə rəhbərlərinin fikir və təklifləri dinlənilib, əməkdaşlığın gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.