Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bəxtiyar Vahabzadəni şantaj etdim" - Flora Kərimova

"Bəxtiyar Vahabzadəni şantaj etdim" - Flora Kərimova

2025-04-07 , 16:24

Xalq artisti Flora Kərimova Xalq şairi Bəxtiyar Vahabzadə ilə küsülülüyündən danışıb.

Bu haqda müğənni "İzzət şou"da danışıb.
Bəstəkar Gövhər Həsənzadənin bununla bağlı sözlərinə F.Kərimova belə reaksiya verib:
"Məndən küsdü. Çünki bir az xəstə idim, oxumağa həvəsim yox idi. Bu isə elə mahnı idi ki... Bəxtiyar Vahabzadənin sözlərinə yazılmışdı. Mahnını oxumağım uzandı. Bəxtiyar Vahabzadə məndən küsdü. Yarım il onun qılığına girdim: Bəxtiyar müəllim başına dönüm. Axırda onu şantaj elədim ki, oxumayacağam. Eləcə, barışdıq".  (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.