Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xalq artistlərinin öpüşməsi gündəmi silkələdi: “Cavanlıqları yadlarına düşüb”

Xalq artistlərinin öpüşməsi gündəmi silkələdi: “Cavanlıqları yadlarına düşüb”

Xalq artistlərinin öpüşməsi gündəmi silkələdi: “Cavanlıqları yadlarına düşüb”
2024-01-15 , 16:41

Efirlərdən birinin qonağı olan Xalq artistləri Niyaməddin Musayev və Flora Kərimova gözlənilməz hərəkətləri ilə gündəmə gəldilər. Belə ki, Niyaməddin Musayevin canlı efirdə Flora Kərimovanın dodağından öpməsi ölkə gündəmini “zəbt etdi”. 

Bəziləri bunun təsadüf, bəziləri isə planlaşdırılmış hərəkət olduğunu iddia etdi və sənətçiləri tənqid atəşinə tutdu.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, onlar tanınmış şəxslər olduqları üçün məsələ bu cür rezonans yaradıb: 
“İnsanlar son vaxtlar hər şeydən bir “əmma” çıxarmağı xoşlayırlar. Bu da sonda ictimai gərginliyə gətirib çıxarır. Əvvəllər bizim mental dəyərlərə görə, qadın və kişi toyu da ayrı olmalı idi, meydanda kişi ilə qadının bir yerdə rəqs etməyinə belə icazə verilmirdi. Amma 20-ci əsr bizim həyat tərzimizdə, etnik normalarımızda çox şeyi redaktə etdi. Bu islahatlar həm də qadın-kişi bərabərliyinə gətirib çıxardı. İndi xanımlarla kişilər müxtəlif sahələrdə eyni vaxtda çalışırlar, toylarda, müxtəlif məclislərdə birgə rəqs edirlər. Heç kim də buna pis baxmır. Amma nədənsə, sənətçilərimiz, tanınmış adamlarımız, siyasətçilərimiz publik yerlərdə görüşəndə, yanaqdan, dodaqdan öpüşəndə, rəqs edəndə o dəqiqə hamə onların üstünə düşür”. 
Kulturoloq bildirib ki, Flora Kərimova və Niyaməddin Musayev uzun illərdir dostdur və hər zaman bu cür səmimi görüşüblər:
“Xalq artistləri Flora Kərimova və Niyaməddin Musayev illərin dostudur. İllər boyu onlar həmişə bir-birləri ilə mehriban görüşüblər. 
İndi yəqin sənətçilərin cavanlıq illəri yadlarına düşüb. Onların gənclər kimi görüşməsi, bir az da dərinə getməsi normal hal kimi qəbul edilməlidir, bunu çox da ciddiyətə almaq lazım deyil. 
Onların hər ikisi Azərbaycan musiqi sənətində, ictimai-mədəni düşüncəsində yeri və mövqeyi olan şəxslərdir. Üstəlik, onlar tanınmış şəxslərdir, hər bir hərəkətləri, sözləri, hətta jestləri belə səs-küyə, müzakirələrə səbəb olur.  Onların bu hərəkətini insanların müzakirə etməsini də normal qarşılamaq lazımdır. 
Onu da bildirim ki, sənətçilərin uzaqdan-uzağa, quru şəkildə görüşmələri artıq arxada qaldı. İndi əvvəlki dövr deyil. Dəyişikliklərə uğrayan dəyərlərimiz yeni, Avropa stilində olan dəyərlər gətirdi. Əvvəllər hətta ana-atalarımız belə bizi qucaqlamırdı, öpmürdü. 
Öpüş, sevgi, enerji, münasibət heç də intim mənada deyil, həm də xoş ovqat yaratmaq, bir-birimizə necə dəyər verdiyimizi nümayiş etdirmək üçündür. Ona görə də Niyaməddin müəllimlə, Flora xanımın bu cür görüşünü tam normal qəbul etmək lazımdır. Adi insanlar öpüşəndə normal qəbul ediriksə, Xalq artistlərimiz niyə qəbul edilməməlidir?!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.