Yenilik.Az
www.Yenilik.Az » Fransa torpaqlarımızın 90 faizini mənimsəyib - Maurice Pindard

Fransa torpaqlarımızın 90 faizini mənimsəyib - Maurice Pindard

Fransa torpaqlarımızın 90 faizini mənimsəyib - Maurice Pindard
2023-07-06 , 17:02

Bakı. Trend:
Torpaqlarımızın 90 faizi Fransa tərəfindən mənimsənilib, təbii sərvətlərimiz talan edilir.

Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard deyib.
“Bizim ölkəmizdə əhalinin 50 faizi yoxsul, 40 faizi isə işsizdir. Fransa tərəfindən təbii sərvətlərimiz talan edilir. Məmurlarımız da Fransa hökuməti tərəfindən təyin edilir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.
Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.