Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » QH Əlaqələndirmə Bürosunun nazirlər görüşü: “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir

QH Əlaqələndirmə Bürosunun nazirlər görüşü: “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir

QH Əlaqələndirmə Bürosunun nazirlər görüşü: “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir
2023-07-06 , 17:03

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

“Report”un xəbərinə görə, toplantıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rock Wamytan, Fransız Polineziyası Assambleyasının prezidenti Antony Geros, Fransa Milli Assambleyasının deputatı Jean-Victor Castor və digər şəxslər iştirak edirlər.
Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparacaq.
Tədbirin sonunda yekun bəyannamə qəbul olunacaq.













Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.