Martinikin azadlığı partiyasının nümayəndəsi: Fransa yerli xalqlara qarşı soyqırımı törədib

Fransa yerli xalqlara qarşı soyqırımı törədib. Fransa minlərlə qulu eksport edib.
O deyib ki, bu insanlar azad doğulub və daha sonra insan haqlarını təşviq etdiyini iddia edən Fransa tərəfindən qula çevrilib: “1946-cı ildən bizə Fransanın departamenti statusu verilib. Həqiqət isə odur ki, biz hələ də Fransanın koloniyasıyıq. Fransa hökumətinin strategiyası yerli Martinik sakinlərini fransızlarla əvəz etməkdir, bu soyqırımıdır, demoqrafik vəziyyəti dəyişməkdir. Fransa illərlə bizim dənizlərimizi, torpaqlarımızı kimyəvi maddələrlə zəhərləyib və bunun nəticələrini xalqımız indi də yaşayır.
Ölkəmizdə prostat xərçəngindən əziyyət çəkənlərin sayı çoxdur, bu xəstəliyə görə ilk sıradayıq. Bütün bunlar insan haqlarını təşviq etdiyini iddia edən Fransanın əməllərinin nəticəsidir. Fransa beynəlxalq platformalarda öz imicini başqa formada təqdim edib, amma biz Afrika qitəsində törədilənləri bilirik”.
O, çıxışında Fransada yaşayan Afrika kökənli əhalinin üzləşdikləri problemlər, irqçiliklə bağlı cinayətlər barədə qeyd edib.
OXŞAR XƏBƏRLƏR