Yenilik.Az
www.Yenilik.Az » Sumqayıt Dram Teatrında Xocalı faciəsinin ildönümününə həsr edilmiş “Missiya” tamaşasına dəvətlisiniz!

Sumqayıt Dram Teatrında Xocalı faciəsinin ildönümününə həsr edilmiş “Missiya” tamaşasına dəvətlisiniz!

Sumqayıt Dram Teatrında Xocalı faciəsinin ildönümününə həsr edilmiş “Missiya” tamaşasına dəvətlisiniz!
2024-02-22 , 08:17

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Xocalı faciəsinin ildönümünü “Missiya” tamaşası ilə anacaq.

Milli mücadilə tariximizdə çətin və şərəfli səhifələr mövcuddur. Onlardan biri də Xocalı faciəsidir. Xalqımız heç zaman o məşum gecəni, onun vurduğu ağır zərbələri unutmadı.
Nə xoş ki, Ali Baş Komandan İlham Əliyev qüdrətli Azərbaycan Ordusu ilə torpaqlarımızı əsirlikdən qurtardı. Artıq Xocalıda Azərbaycan Bayrağı dalğalanır.

Fevral ayının 25-i saat 18.00-da Sumqayıt Dövlət Dram Teatrının repertuarında önəmli yer tutan “Missiya” tamaşası nümayiş olunacaq. Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi mistik qəhrəmanlıq dramı özündə Qarabağ savaşını və Zəfər qürurunu ehtiva edir.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rollarda Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Elay Xasıyev, Mətləb Səfərıi, Məryəm Hüseynli, Habil Xanlarov, Aynur Hümbətova, Ceyhun Məhərrəmli, Rövşən Əsgərov, Rövşad İlyasov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Etibar Əmirov və Zaur Şirinov çıxış edirlər.

Tamaşaya giriş ödənişsizdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.