Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Füzulidə Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası

Füzulidə Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası

Füzulidə Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası
2023-03-07 , 09:47

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Yenilik.az xəbər verir ki, aksiyada İnzibati Ərazi Dairələri üzrə icra nümayəndəlikləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.
Aksiya zamanı rayonun Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı, Kərimbəyli, Arayatılı, Əhmədalılar kəndləri ərazisində ümumilikdə 920 ədəd çinar, 200 ədəd eldar şamı əkilib.
Yeni əkilmiş ağaclara lazımi aqrotexniki qulluq göstərilib, külək nəticəsində əyilməsinin, sınmasının qarşısını almaq məqsədilə ağaclara taxta dirəklər bərkidilib.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.