Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda Heydər Əliyevin 100 illiyi qeyd edildi

Sumqayıtda Heydər Əliyevin 100 illiyi qeyd edildi

Sumqayıtda Heydər Əliyevin 100 illiyi qeyd edildi
2023-04-27 , 20:50

Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə tədbir keçirilib.

Yenilik.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev bildirib ki, müstəqilliyin möhkəmlənməsində daxili işlər orqanlarının fəaliyyəti daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Qeyd olunub  ki, Heydər Əliyevin siyasətini uğurla inkişaf etdirən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır, yeni zəfərlərə doğru inamla irəliləyir. 
Tədbirdən sonra Sumqayıt ŞPİ-nin əməkdaşları Heydər Əliyevin 100 illiyi münasibəti ilə Sumqayıtda Dənizkənarı bulvar ərazisində ağacəkmə aksiyasına qoşulublar.  İdarənin şəxsi heyəti tərəfindən 100 ədəd Eldar şamı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.