Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham Əliyev: “Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır”

İlham Əliyev: “Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır”

İlham Əliyev: “Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır”
2023-03-08 , 16:30

“Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq”.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin, əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.