Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Prezidenti: “Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq”

Azərbaycan Prezidenti: “Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq”

Azərbaycan Prezidenti: “Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq”
2023-03-08 , 15:55

“Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq”.

Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib: “Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.