Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş seminar keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş seminar keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş seminar keçirilib
2023-03-12 , 16:46

Qərbi Kaspi Universitetinin “Maliyyə və mühasibat uçotu” kafedrasının və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində “Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Abservatoriya”nın birgə  təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əmək bazarının müasir vəziyyətinin təhlili və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda seminar keçirilib. 
Tədbirdə “Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Abservatoriya”nın idarə heyətinin sədrinin müavini, iqtisad üzrə fəlsəfə doktoru Sənnur Əliyev, Milli Observatoriyanın Monitorinq şöbəsinin müdiri Şaiq Kazımov, Əmək bazarı və sosial müdafiə sahəsi üzrə Tədqiqat departamentinin direktoru Ayşəm Balayeva, Təhlil və tədqiqatlar şöbəsinin müdiri Vüqar Əliyev çıxış ediblər.
Daha sonra çıxışçılar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.