Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində respublika elmi-praktik konfransı keçirildi

Qərbi Kaspi Universitetində respublika elmi-praktik konfransı keçirildi

Qərbi Kaspi Universitetində respublika elmi-praktik konfransı keçirildi
2023-04-27 , 10:34

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Yenilik.az xəbər verir ki, konfransda çıxış edən Qərbi Kaspi Universitetinin Tədris işləri üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Səfər Pürhani, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, texnika elmlər doktoru, professor, akademik Əli Abbasov, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Sənnur Əliyev, Lənkəran Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Telman İmanovun çıxışlarında ulu öndərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, inkişafı yolunda misilsiz xidmətlərindən, eləcə də təhsilin inkişafı və milli kadrların hazırlanmasında tarixi addımlarından bəhs olunub, bu cür konfransların əhəmiyyəti qeyd edilib.
Konfrans işini 8 istiqamət üzrə bölmə iclaslarında davam etdirib.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.