Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İran qoşunları Azərbaycanla sərhəddə hazır vəziyyətə gətirildi

İran qoşunları Azərbaycanla sərhəddə hazır vəziyyətə gətirildi

İran qoşunları Azərbaycanla sərhəddə hazır vəziyyətə gətirildi
2023-03-18 , 01:00

İran qoşunları Azərbaycanla sərhəddə hazır vəziyyətə gətirilib.

Yenilik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bu günlərdə SEPAH öz quru qoşunlarını Azərbaycanla həmsərhəd bölgələrdə gözlənilmədən döyüş hazırlığı vəziyyətinə gətirib.
İslam İnqilabının Keşikçiləri Korpusuna bağlı medianın verdiyi məlumatlara görə, qoşunların döyüş hazırlığı ilə eyni vaxtda SEPAH-ın təbliğat mənbələri də müxtəlif videroliklər paylaşaraq məlumat yayırlar ki, İran “bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə yönəlmiş istənilən addıma qətiyyətlə qarşı çıxacaq”.
Türkiyənin internet resursları xəbər verir ki, diplomatik mənbələrin dəyərləndirməsinə əsasən, hazırki mesajlar Azərbaycana yönəlib.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.