Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb
2023-03-25 , 17:53

“Azərbaycan Brüssel prosesini dəstəkləyir”.

Yenilik.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.