Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Parlamentdə Fazil Mustafaya qarşı terror aktı müzakirə olundu: “İranın manqurt tərəfdarları...”

Parlamentdə Fazil Mustafaya qarşı terror aktı müzakirə olundu: “İranın manqurt tərəfdarları...”

Parlamentdə Fazil Mustafaya qarşı terror aktı müzakirə olundu: “İranın manqurt tərəfdarları...”
2023-04-04 , 11:25

“Deputat Fazil Mustafaya atılan güllələr dövlətimizə qarşı atılmış güllələrdir”.

Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qənirə Paşayeva deyib.
O bildirib ki, Fazil Mustafaya qarşı terror aktını törədənlərin sifarişçilərini, icraçılarını üzə çıxarmaq üçün Azərbaycanın hüquq-mühafizə orqanları araşdırma aparırlar.
“İnanırıq ki, cinayətkarlar layiqli cəzalarını alacaqlar. Bu terrorun arxasında gizlənənlər bilməlidirlər ki, onlar Azərbaycan dövlətini, xalqını qorxuda bilməzlər”, - deyə deputat əlavə edib.
Deputat Bəhruz Məhərrəmov isə bildirib ki, şərəfini İrana satanlar hadisəyə haqq qazandırmağa çalışırlar. 
“Azərbaycanın içərisində də belələri var, eyni zamanda, müxalifət daxilində də. Bunlar bu gün-sabah deputat həmkarımıza qarşı terror törədənləri siyasi məhbus da adlandırarlar. Daxildəki xəyanətkar qüvvələr hadisələrdən dərs çıxarmalıdırlar. Azərbaycan dövləti bundan sonra da İranın manqurtlarına qarşı tədbirlər görəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Fazil Mustafa martın 28-i saat 21:51 radələrində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından güllələnib. Nəticədə deputat sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində bir neçə nəfər saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.