Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 13 yaşlı qızı qaçıran kişinin arvadı: “Başqaları ilə də yazışırdı” - Video

13 yaşlı qızı qaçıran kişinin arvadı: “Başqaları ilə də yazışırdı” - Video

13 yaşlı qızı qaçıran kişinin arvadı: “Başqaları ilə də yazışırdı” - Video
2023-05-24 , 08:53

Xəbər verdiyimiz kimi, Tovuzun 13 yaşlı sakini, Əfsanə Tağıyeva ailə qurmaq məqsədilə ilə Xaçmaz rayonuna qaçıb. Qızın qaçdığı Səfər Kavazov  polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib və onun barəsində cinayət işi açılıb. 

Məlum olub ki, qızın mütəmadi olaraq mesajlaşdığı cəlilabadlı oğlanla onu qaçıran şəxs fərqli adamlardır. Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 44 yaşı var, ailəli olub.
Yenilik.az xəbər verir ki, İctimai televiziya Kavazovun keçmiş arvadından müsahibə alıb.
"O, həmişə kiminləsə telefonda yazışırdı. Deyirdim "belə etmə", qulaq asmırdı. Bir neçə ay idi ki, biz mübahisə edirdik. Son işində (qız qaçırmaq məsələsini nəzərdə tutur) evdən tamamilə getdi. O insanı mən bu gündən sildim. Bizə qarşı utancverici hərəkət etdi. 3 övladım var. Böyüyü 12 yaşındadır. Heç kəs inanmırdı ki, belə bir addım edib", deyə qadın bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.