Naxçıvana ucuz uçuşlar təşkil ediləcək

Aşağıbüdcəli hava nəqliyyatı şirkətləri Naxçıvan MR ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil edəcək.
Bundan başqa, sənədə əsasən, Naxçıvanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək.
Zəngəzur dəhlizinin açılması burada dəmiryol infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR