Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
2023-06-14 , 07:06

Ölkəmizdə ilk dəfə olaraq Mediasiya Şurası, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 05 aprel 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək olan müddət ərzində Sumqayıt şəhərində ümumi  təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan inşa və rəsm müsabiqəsi keçirilib.

Bu müsabiqənin keçirilməsində məqsəd mediasiya proseslərinin potensial subyekti olan (və ya ola biləcək) ailələrdə böyüyən yeniyetmələrin düşüncələrində ailə məhfumunun nədən ibarət olmasını və uşaq psixologiyasında ailənin yerini müəyyən etmək olub.
Müsabiqənin qalibləri yoxlama və qiymətləndirmə komissiyalarının 23 may 2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişlər. Qeyd olunan müsabiqə üzrə qaliblərin elan edilməsi və təltif oluması ilə əlaqədar “12” iyun 2023-cü il tarixdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbir iştirakçıların Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət və önünə tər gül dəstələri qoymaqla başlamış, daha sonra Mərkəzdə Ulu öndər həyat yolunu əks etdirən foto və digər materiallarla tanışlıqla davam edərək, akt zalında qonaqların çıxışları və qaliblərin təltif edilməsi ilə yekunlaşıb.
Tədbirdə iştirak edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov, Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdir müavini Ramin Abbasov, AR Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil bürosinun müdiri- Anar Qasımlı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti, inşa müsabiqəsi üzrə qiymətləndirmə komissiyasının sədri-Gülbahar Haqverdiyeva və rəsm müsabiqəsi üzrə qiymətləndirmə komissiyasının sədri-Əməkdar mədəniyyət işçisi və xalçaçı rəssam-Fazil Abbasquluzadə çıxış edərək, Ulu Öndərin həyat yolu, mediasiya institunun yaranması və inkişaf perspektivləri, qarşıya qoyulan məqsədlər, ailə mediasiyası, mediasiya məhkəmə -hüquq islahatların tərkib hissəsi kimi, uşaq və gənclərin inkişafı Dövlət siyasətinin tərkib hissəsi kimi, mediasiyanın cəmiyyətdə rolu, mediasiya institunun məhkəmə -hüquq islahatlarında rolu, müsabiqə və onun nəticələri haqqında ümumi məlumat, inşa üzrə qaliblərin müəyyən edilməsi meyarları və müsabiqənin əhəmiyyəti və rəsm üzrə qaliblərin müəyyən edilməsi meyarları barədə ətraflı məlumat vermişlər. Təşkilatçılar gələcəkdə də mediasiya sahəsində cəmiyyətin, xüsusən də gənclərin maarifləndirilməsi istiqamətində müvafiq layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.